İbrahim Kalın Rusiya-Ukrayna müharibəsi ilə bağlı paylaşım edib

İbrahim Kalın Rusiya-Ukrayna müharibəsi ilə bağlı paylaşım edib

Prezidentin sözçüsü İbrahim Kalın Rusiya-Ukrayna müharibəsinin yaxın aylarda daha da şiddətlənəcəyinin nəzərdə tutulduğunu bildirib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, İbrahim Kalın sosial media hesabından 24 fevral 2022-ci il tarixindən bu yana davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı paylaşım edib.

İ.Kalın "Rusiya-Ukrayna müharibəsi yaxın aylarda şiddətlənəcək. Bu, daha çox ölüm, dağıntı və uzunmüddətli dərin böhran deməkdir" deyə qeyd edib.

Prezidentin sözçüsü onu da əlavə edib ki, Türkiye atəşkəsdən tutmuş əsir mübadiləsinə, taxıl daşınmasından nüvə təhlükəsizliyinə qədər bütün sahələrdə danışıq yollarının açılması üçün intensiv səylərini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə