Rusiya Ukraynanın "atəşkəs"ə əməl etmədiyini deyir

Rusiya Ukraynanın "atəşkəs"ə əməl etmədiyini deyir

Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə 36 saatlıq atəşkəs bu gündən qüvvəyə minib.

Atəşkəs rejimi şənbə günü gecə yerli vaxtla saat 24:00-dək davam edəcək.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna atəşkəs elan olunsa da, hücumlarını davam etdirir.

Nazirliyin sözçüsü İqor Konaşenkov bildirib ki, Rusiya ordusu bu gün yerli vaxtla saat 12:00-dan etibarən Ukraynada atəşkəs rejimini tətbiq etməyə başlayıb.

Rusiya qoşunlarının atəşkəs əldə etməsinə baxmayaraq, Kiyev administrasiyası yaşayış məntəqələrinə və Rusiya əsgərlərinə artilleriya hücumlarını davam etdirib.

Konaşenkov onu da bəyan edib ki, Rusiya qoşunları artilleriya atəşinin həyata keçirildiyi Ukrayna mövqelərinə atəşlə cavab verib.

SİA-nın ötən gün də yazdığına kimi,..əslində burada qeyri-adi bir şey yoxdur. Çünki "atəşkəs"i elə əvvəldən Rusiya prezidenti Vladimir Putinin növbəti təxribatı (Cozef Bayden bunu rusların “bir az oksigen tapmaq” cəhdi adlandırmışdı-A.B.) adlandıran Ukrayna tərəfi buna əməl etməyəcətlərini bəyan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə