Fransanın “France 24” telekanalının qalmaqallı xəbəri

Fransanın “France 24” telekanalının qalmaqallı xəbəri

Beləliklə, kanal xüsusi xəbərlərində Türkiyənin bir hissəsini “qondarma Kürdüstan” kimi göstərən xəritədən istifadə edib.

Xatırladaq ki, terror təşkilatı olan PKK tərəfdarları ötən ay Fransanın paytaxtı Parisin küçələrini döyüş meydanına çeviriblər.

Fransa uzun müddətdir dəstəklədiyi terror təşkilatının əsl siması ilə qarşılaşsa da, ölkə mətbuatı hələ də PKK-ya dəstək verməkdən çəkinmir.

Fransanın "France 24" telekanalı terror təşkilatının orqanı kimi çıxış edərək qalmaqallı xəbər yayıb. Hazırlanan xüsusi xəbərdə Türkiyənin bir hissəsi “qondarma Kürdüstan” kimi göstərilib.

Qeyd edək ki, qalmaqal bununla da bitməyib.

Terror təşkilatı PKK-ni yalnız Türkiyə tərəfindən terror təşkilatı kimi göstərib.

Və bununla Avropa İttifaqının terror təşkilatları siyahısında da yer aldığına işarə edilməyən əli qanlı terror təşkilatı PKK-ya açıq dəstək verilib.

Qalmaqallı xəbərdə tez-tez bölücü terror təşkilatının quldurbaşının və cır-cındırının görüntülərindən istifadə olunub.

12 dəqiqəlik xüsusi xəbərin Fransada terror təşkilatına reaksiyanın artdığı bir vaxtda PKK tərəfdarlarının Paris küçələrini döyüş meydanına çevirməsindən sonra yayımlanması diqqət çəkib.

Fransız mətbuatının belə xəbərlərlə terror təşkilatı PKK-ya qarşı ictimai reaksiyanı azaltmağı hədəflədiyi düşünülür.

Bütün xəbərlər Facebook səhifəmizdə