Polşa Ukraynanın bir hissəsini ələ keçirmək istəyir?

Polşa Ukraynanın bir hissəsini ələ keçirmək istəyir?

“Polşa Qərbi Ukrayna ərazilərini ilhaq etməyə çalışır”. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu amerikalı polkovnik Duqlas Makqreqor “Judging Freedom” YouTube kanalında deyib.

Polkovni bunu polşalı siyasətçilərin bəyanatlarının da sübut etdiyini əlavə edib.

Makqreqor, polyakların özlərini böyük xalq hesab etdiklərini və öz tarixlərini tez-tez xatırladıqlarını da bildirib. O, bu xalqın dörd əsr əvvəl guya Avropanın ən güclü ordusuna malik və ən böyük dövləti olmaları faktını da dediklərini diqqətə çatdırır.

Polşanın bir vaxtlar Birliyin tərkibində olan əraziləri yenidən geri qaytarmaqla əvvəlki qüdrətini bərpa etməyə çalışdığını deyən Makqreqor, bu ölkənin hərəkətlərini strateji baxımdan ən ehtiyatlı və adekvat olmaqdan uzaq hesab edir.

Maraqlıdır ki, amerikalı polkovnik ABŞ və NATO-nun Polşa qoşunlarının Ukraynaya ehtimal edilən müdaxiləsini dayandırmaq üçün heç bir tədbir görmürədiyini də diqqətə çatdırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə