BMT-nin Baş katibi Rusiyanın addımını alqışlayır

BMT-nin Baş katibi Rusiyanın addımını alqışlayır

BMT-nin Baş katibi Antoniu Quterreş Rusiyanın Ukrayna ilə təmas xəttində elan etdiyi atəşkəsi alqışlayır. SİA xəbər verir ki, bunu Baş katibin sözçüsü Stefan Dujarrik bildirib.

O qeyd edib: “Tərəflərin bu dövrdə bir-birinə hörmət göstərməsi və düşmənçiliyi dayandırması fikri Baş katib tərəfindən müsbət qarşılanır”.

Dujarrik, həmçinin vurğulayıb ki, BMT beynəlxalq hüquq əsasında Ukraynadakı münaqişənin həllinə kömək etməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə