Qərblə “avtoritar ölkələr” arasında iqtisadi əlaqələrin tam pozulması mümkün deyil.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə cümə axşamı Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Yasutoşi Nişimura bildirib.
Nişimura Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən seminarda bir tərəfdən kollektiv Qərblə Rusiya və Çin arasında mövcud ən kəskin ziddiyyətləri şərh edərkən, “artıq əlaqəni tam kəsmək də mümkün deyil”- deyə bildirib.
Qeyd edək ki, nazir Rusiya və Çini tənqid edib. Belə ki, bu kontekstdə o, diplomatiya və ya təhlükəsizlik sahələrindəki məqsədlərinə çatmaq üçün iqtisadi qarşılıqlı asılılığın bəzi ölkələr tərəfindən silah kimi istifadə edilə biləcəyini müdafiə edib.
Nişimura bildirib ki, bu il Yeddilik Qrupuna (G7) sədrlik edən Yaponiya bu assosiasiyanın may sammitinin gündəliyinə “iqtisadi məcburiyyətə effektiv cavab tədbirləri”nin işlənib hazırlanmasını qoymaq niyyətindədir.
Yapon nazirin fikrincə, bu, builki G7 sammitinin gündəliyinin əsas hissəsi olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB