Kaliforniyada fövqəladə vəziyyət elan edilib

Kaliforniyada fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Kaliforniya ştatında şiddətli fırtına təhlükəsi səbəbindən fövqəladə vəziyyət elan edilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Kaliforniya ştatının qubernatoru Gavin Newsom bu barədə məlumat yayıb. “İctimaiyyəti fırtınanın mənfi təsirlərindən qorumaq üçün lazımlı tədbirlər həyata keçirilir. Fırtına ştata yaxınlaşır. Fəlakətə qarşı yerli hakimiyyət orqanlarına və tədbirlərin daha sürətli həyata keçirilməsinə dəstək olmaq məqsədi ilə fövqəladə vəziyyət elan edilib. İctimaiyyətdən məcburi olmayan səyahətlərdən imtina etmələri, üç gün kifayət edəcək qədər ərzaq və su saxlamaları, soyuducuları yalnız zəruri hallarda işlətmələri tələb olunub”.

Qeyd edək ki, Kaliforniya son günlərdə güclü yağış və qarın təsiri altında qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə