Bu gün Rusiya həm Azərbaycanı, həm də Ermənistanı günahlandırır, amma “artsax”ı itirib-axtaran yoxdur. Belə getsə, “artsax” günü-gündən tükənib gedəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu öz Facebook səhifəsində yazan Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan erməniləri “artsax”ın müstəqilliyini tanımağa çağırıb. Onun fikrincə, əgər Ermənistan bu addımı atarsa, onun ardınca ermənilərə dost olan bütün ölkələr “artsax”ı tanımaq üçün “sıraya" dayanacaqlar(?).
2018-ci ildə Nikol Paşinyan və onun yeni hakimiyyəti ictimai rəyi manipulyasiya edəndə olduğu kimi, indi də Rusiyaya qarşı kampaniyaya başladıqlarını deyən sabiq baş nazir, bir müddətdən sonra bunun tam əksini edəcəklərini, yəni həmişə olduğu kimi, yenə də ruslara yalmanacaqlarını bildirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB