İranda daha bir gənc barəsində ölüm hökmü çıxarılıb

İranda daha bir gənc barəsində ölüm hökmü çıxarılıb

İranda gənc bir qadının polis nəzarətində ölməsindən sonra başlayan etirazlara görə mühakimə olunan Arşiya Tekdestan edam cəzasına məhkum olunub. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

İran Ədliyyəsinə bağlı "Mizan" xəbər agentliyinin məlumatına görə, Mazenderan vilayətinin İnqilab Məhkəməsində mühakimə olunan A.Tekdestan Novşehr rayonunda keçirilən nümayişlər zamanı “ciddi cinayət əməlləri” törətməkdə günahlandırılıb.

Sentyabrın 21-də rayon meydanında keçirilən nümayişlər zamanı baş verən hadisələrdə aralarında təhlükəsizlik qüvvələri də daxil olmaqla çox sayda insanın öldürüldüyü, ictimai mülklərin dağıdılaraq yandırıldığı bildirilərək, Arşiya Tekdestanın “hadisələrin liderlərindən biri” olduğu iddia edilib. İranlı gənc həmçinin ölkədə “terror təşkilatı” qəbul edilən və mərkəzi gərargahı Londanda yerləşən “İran İnternational” adlı media təşkilatına məlumat ötürməkdə ittiham olunub.

Məhkəmə A.Tekdestanı “ölkənin daxili təhlükəsizliyinə qarşı ciddi cinayətlər törətmək”, “ictimai asayişi və təhlükəsizliyi pozmaq”, “ictimai əmlakı və obyektləri dağıdıb yandırmaq”, “vətəndaşları etimadsızlıq yaratmağa və cinayət törətməyə təhrik etmək” iddiaları ilə mühakimə olunan Tekdestanı "dünyada pozuntulara səbəb olmaq" və "döyüş" cinayətlərinə görə ölümə məhkum edib.

Qeyd olunub ki, məhkəmənin qərarında apellyasiyaya müraciat yolu açıqdır və müraciət edə bilər.

Xatırladaq ki, 2022-ci il sentyabrın 13-də paytaxt Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstələnərək xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da ölümü ölkə hökumətinə qarşı etirazlara səbəb olub. Aksiyalar zamanı yüzlərlə insanın həyatını itirdiyi açıqlanıb.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı Əminin ölümündən sonra başlayan küçə nümayişlərinə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 469 nümayişçinin öldüyünü bildirib.

İran mətbuatında yer alan xəbərə görə, nümayişlər zamanı 70-ə yaxın təhlükəsizlik işçisi həyatını itirib.

Ölkədə 4 aya yaxındır davam edən nümayişlərlə bağlı indiyədək 10-dan çox adama ölüm hökmü çıxarılıb, onlardan 2-si edam edilib. Ölüm hökmlərinin bəziləri isə Ali Məhkəmə tərəfindən ləğv edilib.

İran Cinayət Məcəlləsinə əsasən, “yer üzündə fitnə-fəsad törətmək (ifsad fi'l tədarükü)” və “dövlətə qarşı müharibə aparmaq (döyüş)” kimi cinayətlərdə təqsirləndirilənlər ölüm cəzası ilə mühakimə olunur və ümumilikdə ölüm hökmü verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə