Konqo Demokratik Respublikasının (KDR) şərqində hökumət qüvvələri ilə üsyançı qruplar arasında davam edən qarşıdurmalar səbəbindən 13 noyabrdan bəri 2 min 61 nəfər qonşu ölkə Ruandaya sığınıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, üsyançı 23 Mart Hərəkatı (M23) ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar mülki şəxslərə mənfi təsir edir.
Ruandanın Nyabihu bölgəsinə sığınan mülki vətəndaşların tibbi ləvazimat da daxil olmaqla humanitar yardıma ehtiyacı var.
KDR-dəki üsyançı qruplar və hökumət noyabrın 28-də Keniyanın paytaxtı Nayrobidə sülh danışıqlarına başlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB