XVI Benediktin nəşi Vatikan məzarlığında basdırılıb

XVI Benediktin nəşi Vatikan məzarlığında basdırılıb

Yanvarın 5-də Roma Katolik Kilsəsinin keçmiş rəhbəri XVI Benediktlə vida mərasimi keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, izdihamlı vida mərasimindən sonra XVI Benediktin nəşi Vatikan məzarlığında basdırılıb.

Almaniya vətəndaşı olan Emerit Papa 10 il əvvəl xəstəliyi səbəbindən tutduğu vəzifədən istefa verib.

Müqəddəs Pyotr meydanında baş tutan təntənəli mərasimdə Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk, İtaliya Prezidenti Sercio Mattarella, İtaliyanın Baş naziri Ciorcia Meloni, yüksək vəzifəli şəxslər və 50 minədək dindar iştirak edib.

Qeyd edək ki, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən Papa Benedikt dekabrın 31-də 95 yaşında dünyasını dəyişib. XVI Benediktin nəşi Vatikanın Müqəddəs Pyotr Bazilikasında üç gün nümayiş etdirilib, təxminən 200 min insan keçmiş papaya ehtiramını bildirib.

Papa Benedikt 2005-2013-cü illərdə Roma Katolik Kilsəsinin rəhbəri olub. O, 1415-ci ildən bu vaxtadək vəzifəsindən istefa verən ilk papa kimi tarixə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə