Peskov hələ ki, xəbərsizdir

Kreml Rusiya prezidenti Vladimir Putinin Milad bayramı üçün Donetskə getməyi planlaşdırdığı barədə heç nə bilmir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Bizim bu cür şayiələr barədə heç nə bilmirik”, – Kremlin sözçüsü Telegram kanallarında daha əvvəl yayılan müvafiq şayiələrə münasibət bildirmək istəyinə cavab verib.

Kreml hələ Putinin Milad mərasimində harada olacağını dəqiq açıqlamayıb. Eyni zamanda, bir müddət əvvəl rus saytlarından biri Peskova prezidentin Rusiya Federasiyasının regionlarından birində ibadət mərasiminə qatılacağı və ya Novo-Oqaryovodakı kilsəyə gələcəyi ilə bağlı ünvanlaığı sualına mənfi cavab alıb.

Bir daha xatırladaq ki, Rusiyanın dövlət başçısı yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək xüsusi hərbi əməliyyat zonasının bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

Bundan əlavə, Putinin müvafiq göstərişində Ukrayna tərəfinin də atəşkəs elan etməsi və mülki şəxslərin Milad mərasimlərində iştirakına icazə verməsi “tələb” olunur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə