Rusların cinsi zorakılıqlarına məruz qalan ukraynalı qadınlar

Hazırda prokurorluq rus işğalçıları tərəfindən Ukrayna vətəndaşlarına qarşı cinsi zorakılığa dair 154 iş açıb, amma bu hamısı deyil
Rusların cinsi zorakılıqlarına məruz qalan ukraynalı qadınlar

Amerikanın "New York Times" nəşrinin jurnalistləri rusların işğal etdikləri Ukrayna ərazilərindəki yerli vətəndaşlara qarşı cinsi zorakılıqla bağlı araşdırma dərc ediblər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, rus komandirlərinin zorlamalar haqqında bildiyi və ya hətta onları təşviq etdiyinə dair sübutlar var.

Amerika nəşri cinsi zorakılıq işlərinə baxan prokurorluğun sözçüsü İrina Didenkoya istinadən yazır. Didenkonun dediyinə görə, bir çox hallarda elə rus zabitlərinin özləri zorlama əmri və ya "get dincəl" göstərişi verirmişlər.

Didenko deyir ki, rus qoşunları əraziləri işğal edəndə aydın davranış modeli var: "Quru qoşunları gəlir, ikinci və ya üçüncü gün zorlamalar başlayır".

İstintaqda təsvir olunan hallardan birində komandir özündən kənarda qalaraq əsgərlərə yaşayış binasına girməyə icazə verib. Bu zaman bir əsgərin dediyi eşidildi: "Sadəcə bunu döyəcəyik, bunu da zorlayacağıq". Başqa bir hadisədə isə səkkiz rus əsgəri nəzarət-buraxılış məntəqəsində saxlanılan kişini zorlayıb.

Didenkonun sözlərinə görə, ümumilikdə 154 zorlama faktı rəsmi olaraq müəyyən edilib. Lakin prokuror hesab edir ki, əslində belə hallar daha çoxdur. Məsələn, Kiyev vilayətinin əvvəllər işğal olunmuş kəndlərindən birində psixoloqlar müəyyən ediblər ki, hər doqquzuncu qadın cinsi zorakılığa məruz qalır.

Prokurorlar və şəhər rəsmiləri deyirlər ki, zorlama qurbanları baş verənlər barədə danışmaqdan çəkinirlər, çünki onların bəziləri onları rus ordusu ilə əməkdaşlıqda ittiham etməkdən ehtiyatlanırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə