Putin Milad bayramında atəşi dayandırmağı tapşırıb

Putin Milad bayramında atəşi dayandırmağı tapşırıb

Rusiya prezidenti Vladimir Putin Milad bayramı ilə əlaqədar xüsusi hərbi əməliyyat zonasında bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Kremlin saytında bildirilir.

Atəşkəs 6 yanvar 12:00-dan 7 yanvar 24:00-dək (Moskva vaxtı ilə) qüvvədə olacaq. Qeyd olunur ki, belə bir qərar Patriarx Kirilin müvafiq müraciətindən sonra verilib.

“Pravoslavlığı qəbul edən çoxlu sayda vətəndaşın hərbi əməliyyatların aparıldığı ərazilərdə yaşadığına əsaslanaraq, biz Ukrayna tərəfini atəşkəs elan etməyə və onlara Milad ərəfəsində, eləcə də bayram günü mərasimlərdə iştirak etmək imkanı verməyə çağırırıq”, - mesajda deyilir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə