Türkiyədə prezident və parlament seçkiləri nə vaxt keçiriləcək?

Türkiyədə prezident və parlament seçkiləri nə vaxt keçiriləcək?

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin daha əvvəl keçirilə biləcəyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ərdoğan cümə axşamı rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının bölgə təmsilçiləri ilə görüşündə deyib: “Seçkilərin tarixini daha erkən tarixə keçirməklə yeniləyə bilərik”.

Onun sözlərinə görə, seçkilərin mümkün təxirə salınması mövsümi şərtlərlə bağlıdır. Ərdoğanın partiyası seçkilərin tətil mövsümü başlamazdan, tələbələrin tətilindən və universitet imtahanlarından əvvəl iyunda keçirilməsini təklif edir ki, bu da fəallığın ehtimal olunan azalmasının qarşısını almaqdır.

Qeyd edək ki, Ərdoğan konkret tarixlər açıqlamayıb. Türkiyəli politoloqların fikrincə, seçkilər 30 aprel, 7 may və ya 14-ə təxirə salına bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə