Norveç məhkəməsi Rusiya vətəndaşının vəsaitini müsadirə edib

Norveç məhkəməsi Rusiya vətəndaşının vəsaitini müsadirə edib

Norveçin Vestfold məhkəməsi Rusiya vətəndaşından 72 milyon kron (7,1 milyon dollar) müsadirə edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Norveçin İqtisadi və Ekoloji Cinayətlərin Araşdırılması İdarəsinin məlumatında deyilir.

Onlar aydınlaşdırıblar ki, pul rusiyalıya məxsusdur, lakin Norveçdə üçüncü şəxsdən götürülüb.

Məhkəmə vəsaitlərin Rusiyada hüquqi rüsum olması ilə bağlı arqumentlərlə razılaşmayıb. Məhkəmə sonda onları cinayət yolu ilə əldə edilmiş gəlirlər kimi tanıyıb və müsadirə edilməli olduğunu bildirib.

Bundan əlavə, Rusiya Federasiyasının vətəndaşı dələduzluqda ittiham olunub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə