İranla nüvə razılaşması dalana dirənib

İranla nüvə razılaşması dalana dirənib

İranda sosial və iqtisadi problemlər qarşısında küçə nümayişləri artdıqca, sanksiyaların ləğvi və iqtisadiyyatın nisbətən dirçəlməsi mənasına gələn nüvə sazişinə ümidlər azalır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İran və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri, ABŞ, Rusiya, Çin, 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (KOEP) kimi tanınan nüvə sazişinin yenidən həyata keçirilməsinə dair danışıqlar yenidən başlayıb. Bir tərəfdən ölkə idarəçiliyində KOEP-ə qarşı çıxması ilə tanınan mühafizəkar İbrahim Rəisinin prezidentliyi, digər tərəfdən də əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən Məhsa Emini hadisələrinin alovlanması, Tehranda hicab qaydasını pozması və bu hadisələrdə polis qüvvələrinin qeyri-mütənasib güc tətbiq etməsi səbəbi ilə Qərb dövlətlərinin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi tərəflərin nüvə razılaşmasından uzaqlaşmasına səbəb olub. İsraildə İrana qarşı müxalifəti ilə seçilən Likud Partiyasının lideri Netanyahunun yenidən baş nazir olması nüvə anlaşmasının çətin olacağına işarələrdən biri hesab olunur.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə