İrlandiyanın məlumat tənzimləyicisi "Facebook" və "Instaqram" tərəfindən hədəflənən reklamların Aİ-nin məxfilik qanununu pozduğunu müəyyən edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Meta 414 milyon dollar cərimələnib. Cərimə Dublinin Meta-ya tətbiq etdiyi ümumi cərimələri bir ildən çox müddət ərzində 1,3 milyard dollardan bir qədər çox edir. Dublində yerləşən Məlumatların Mühafizəsi Komissiyası (DPC) öz saytında elan edib ki, Meta "Facebook"la bağlı pozuntulara görə 222,5 milyon dollar, "Instaqram"la bağlı pozuntulara görə isə 191 milyon dollar cərimələnəcək. Meta-ya məxsus "WhatsApp" mesajlaşma xidməti ilə bağlı ayrıca araşdırma hələ də davam edir.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB