Koronavirusun Omicron XBB.1.5 ştammı yayılmaqda davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, ştamm artıq 29 ölkədə aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə texniki mütəxəssisi Mariya Van Kerkhove vəziyyətdən narahat olduqlarını bildirib: “Biz onun artım tempindən narahatıq. Xüsusilə də Avropa və ABŞ-ın şimal-şərqində. Orada yeni ştamm mövcud olan altvariantları tez bir zamanda əvəzləyib”.
Omicron XBB.1.5 ştammının digər mövcud altvariantlardan daha ağır olub-olmaması bəlli deyil.
Van Kerkhovenin sözlərinə görə, ÜST yeni ştammın ciddiliyi ilə bağlı analiz üzərində işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB