Tarixin "Ən mübahisəli Papalarından" biri: XVI Benedikt

Tarixin "Ən mübahisəli Papalarından" biri: XVI Benedikt

Katolik dünyasının keçmiş ruhani lideri XVI Benedikt dekabrın 31-də vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2005-2013-cü illərdə Roma Papası olan XVI Benediktin səlahiyyət müddəti qalmaqallar və ittihamlarla dolu olub. Vəzifəsindən istefa verən keçmiş Papa Məhəmməd Peyğəmbərlə bağlı qalmaqallı açıqlamaları ilə İslam dünyasının böyük reaksiyasına səbəb olmuşdu. 2005-ci ildə seçiləndə onun 78 yaşı var idi. O, 1730-cu ildən bəri seçilmiş ən yaşlı papadır. 2022-ci ilin son günündə vəfat edən keçmiş Papa XVI Benedikt bir çox mübahisələri geridə qoyub.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə