Vuçiçdən KRİTİK QƏRAR

Bu il ordunun gücləndirilməsi və sayının artırılması Serbiya üçün prioritet məsələlərdən biridir. Xüsusilə, hərbi xüsusi təyinatlıların sayını artırmağı və maaşlarını qaldırmağı planlaşdırırlar. Bu barədə SİA "Blic"ə istinadla xəbər verir.

Serbiya prezidenti Aleksandr Vuçiç qeyd edib ki, ötən il Serbiya ordusuna külli miqdarda vəsait yatırılıb və bu, gələcəkdə də davam edəcək.

O, ordunun gücləndirilməsində əsas məqsədi xüsusi təyinatlıların sayının artırılmasında görür. Xüsusən, onların sayının 1600 nəfərdən 5000 nəfərə çatdırılması nəzərdə tutulur. Bundan əlavə, onlar maaşların köməyi ilə hərbçiləri xidmətə təşviq etməyi planlaşdırılır.

"Maaş böyük olacaq. Əsas əmək haqqı 2000 avrodan çox olacaq və siz bilirsiniz ki, bura nə daxildir - rüsum, gecə növbələri, əlavə iş və başqa hər şey. Beləliklə, demək olar ki, 3000 avro olacaq", - Vuçiç bildirib.

O, oğlan və qızları müraciət etməyə dəvət edib və tezliklə hərbçilərin seçimi ilə bağlı müsabiqənin keçiriləcəyini bildirib.

Bu yeniliklər Serbiya ilə Kosovo arasında sərhədin bu yaxınlarda kəskinləşməsi fonunda tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə