Hollandiyalı araşdırmaçı Rena Netjes TRT-yə müsahibə verib

Hollandiyalı araşdırmaçı Rena Netjes TRT-yə müsahibə verib

Bölücü terror təşkilatı PKK/YPG-nin qaranlıq simasını dəfələrlə ifşa edən və bu səbəbdən ölüm təhdidləri alan hollandiyalı araşdırmaçı Rena Netjes Türkiyə Radio Televiziya Qurumuna (TRT) açıqlama verib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Rena Netjes 2016-cı ildən Suriyanın şimalında araşdırmalar aparır. Netjes həm özü, həm də ailəsi yazdığı və söylədiyi sözlərə görə terror təşkilatları tərəfindən təhdid edilir.

O deyib ki, sahədə (Suriyanın şimalında) xüsusilə Qərb mediasından aldığım məlumatlardan fərqli bir nəticəyə gəldim. Bizə deyilənlər Suriyadakı insanlardan eşitdiklərimdən fərqli idi. Hansı doğrudur, bunu araşdırmalı idim. 2016-cı ildə ilk dəfə sərhədi keçib Suriyaya getdim, araşdırmalar apardım. Gəldiyim nəticələri söyləməkdən çəkinmədim.

Müşahidələrim və sahədə apardığım araşdırmalar məni PKK/YPG-nin hədəfinə çevirdi. Terror təşkilatı Suriyada işğal etdiyi bölgədə təzyiq rejimi qurub.

Suriyalı kürdlər PKK/YPG-ni sevmirlər. Çox zülmkar olduqları üçün nəzarət etdikləri ərazi əslində ərəblərin 70%-nin yaşadığı yerdir. Ərəb qəbilələri də onları istəmir.

Bölgədən qaçanlar təkcə DEAŞ-dan deyil, PKK/YPG-dən də qaçıblar.

Hollandiyalı araşdırmaçı PKK/YPG-nin də mülki vətəndaşları hədəf aldığını bildirib.

"(PKK/YPG-lilər) Qərbdən aldıqları o qədər pulları var, amma xalq üçün heç nə tikməyiblər. Buradakı neftin də bir hissəsini nəzarətdə saxlayırlar, amma xalq yoxsulluq içərisindədir. Çox zalımdırlar, onlar Kürd və Suriya əhalisinə qarşı terror taktikası tətbiq edirlər, bir bölgədə DEAŞ-a qarşı döyüşürlər, lakin Suriyanın qalan hissəsində mülki insanları hədəf alırlar. Bunu söyləməliyəm. Xəstəxana və düşərgə hücumları buna nümunədir", -deyə R. Netjes qeyd edib.

Rena Netjes Türkiyənin nəzarətində olan bölgələrin (Suriyanın şimalında) ən təhlükəsiz ərazilər olduğunu da vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə