"Yaxın vaxtlarda sülh danışıqlarının aparılması şansı yoxdur"

"Yaxın vaxtlarda sülh danışıqlarının aparılması şansı yoxdur"

BMT-nin baş katibi Antonio Quterreş hər iki tərəf xahiş edərsə, Ukraynadakı münaqişənin həllində vasitəçilik etməyə hazır olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ümumdünya Təşkilatının rəhbərinin nümayəndəsi Stefan Düjarrik deyib.

O, Quterreşin də müəyyən mənada dünyada istənilən münaqişə barədə danışacağını açıqlayıb. Düjarrik əlavə edib dki, baş katib Nyu-Yorka qayıtdıqdan sonra məsələ ilə bağlı ətraflı hesabat alacaq.

Xatırladaq ki, ekabrın 19-da Quterreş yaxın vaxtlarda Ukrayna münaqişəsi üzrə sülh danışıqlarının aparılması şansının olmadığını deyib. Bununla belə, o, söhbətin bütün 2023-cü ilə aid olmadığını da bildirib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, Ukrayna hakimiyyətinin fevralın sonunadək BMT-də dinc sammit keçirmək istədiyini bildirmişdi. O, Rusiyanın sammitə dəvət olunması məsələsinə münasibət bildirərkən belə bir addımın yalnız müharibə cinayətləri ittihamı ilə beynəlxalq məhkəmənin keçirilməsindən sonra mümkün olacağını deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə