Fransa Ukraynaya yüngül döyüş tankları çatdıracaq.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Fransa prezidenti Ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı olub. Telefon danışığından sonra Yelisey sarayı Fransa prezidentinin Kiyevə verilən hərbi yardımı artırmaq istədiyini bildirərək, AMX-10 RC yüngül döyüş tanklarını çatdıracağını elan edib.
Bildirilib ki, ilk dəfə Ukrayna silahlı qüvvələrinə Qərb proyektli tanklar verilir. Tankların sayı və çatdırılma tarixi haqqında məlumat verilməyib. Qeyd edilib ki, AMX-10 RC yüngül tanklardır və rels üzərində deyil, təkərlər üzərindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB