Ötən ilin fevralın 24-dən, müharibə başlayandan Ukrayna Almaniyadan 12 milyard avrodan çox yardım alıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Almaniya Federal Hökumətinin sözçüsü Volfqanq Büçner deyib.
O qeyd edib ki, hərbi dəstək haqqında məlumat Federal Hökumətin saytında açıqlanır.
Onun sözlərinə görə, Almaniya Ukraynanı lazım olan silahlarla təmin edir. “Bu isə ona cəbhədə kömək edir. Lakin Almaniya bunu elə edir ki, həm ölkəsi, həm də NATO müharibədə tərəfə çevrilməsin. Berlin bu prinsipə riayət edəcək”, - deyə o vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB