İordaniyanın cənubundakı Madaba əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində bir nəfər ölüb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, təxminən bir həftədir ölkənin mərkəzi və cənub bölgələrində yağan leysan yağışları bəzi rayonlarda daşqınlara səbəb olub.
İordaniya Polis Departamentinin sözçüsü Əmir əs-Servati Mədəbə əyalətinin Xan əl-Zeyb bölgəsində baş verən daşqınlar zamanı bir nəfərin itkin düşdüyünü bildirib.
Əmir əs-Servati mülki müdafiə və təhlükəsizlik qruplarının 20 kvadrat kilometrlik sahədə saatlarla davam etdirdikləri axtarışlar nəticəsində itkin düşən şəxsin meyitini tapdıqlarını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB