Dneprdə Aleksandr Matrosovun abidəsini sökürlər.

Dneprdə Aleksandr Matrosovun abidəsini sökürlər.

Ukraynanın Dnepr (Dnepropetrovsk) şəhərinin hakimiyyət orqanları memar Yevgeni Vuçetiç tərəfindən hazırlanan Sovet İttifaqı Qəhrəmanı Aleksandr Matrosovun abidəsini söküblər.

SİA-nın əldə etdiyi məlumata görə, Ukraynanın İctimai Televiziya və Radio Şirkəti, abidənin Rusiya və SSRİ ilə əlaqəli digər heykəllərlə birlikdə “Zoocontrol” kommunal şirkətinin ərazisində saxlanılacağını bildirib.

Qeyd edək ki, bu gün Ukraynada Rusiya və ya Sovet İttifaqının tarixi, eləcə də mədəniyyəti ilə bağlı abidələr ictimai məkandan çıxarılır. Belə ki, yanvarın 4-də Dneprdə 1941-ci ildə İkinci Dünya Müharibəsi zamanı şəhəri müdafiə etmiş SSRİ Qəhrəmanı, general Efim Puşkinin, ondan əvvəl sovet yeraltı pioner Vladimir Dubinin, şair Aleksandr Puşkinin, yazıçı Maksim Qorki və pilot Valeri Çkalovun abidəsi sökülüb. Hazırda Mixail Lomonosovun abidəsinin sökülməsinə hazırlaşırlar.

Yeri gəlmişkən, avqust ayında Ukrayna Mədəniyyət Nazirliyi Aleksandr Matrosovun adını ilk növbədə Ukrayna toponimlərindən çıxarılmalı olan tarix və mədəniyyət xadimlərinin adları siyahısına daxil edib.

Qeyd edək ki, rəsmi bioqrafiyasına görə, Matrosov 1924-cü ildə əvvəlki adı Dnepr olan Yekaterinoslavda anadan olduğu deyilir. Lakin Bir çox elm adamı bu faktı şübhə altına alırlar. Belə ki, tarixçilər onun heç vaxt bu şəhərdə doğula bilməyəcəyini deyirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə