Gürcüstanda Honq-Konq qripi tüğyan edir

Gürcüstanda Honq-Konq qripi tüğyan edir

Gürcüstanda Honq-Konq qripi virusu üstünlük təşkil etdiyini deyən İaşvili adına Uşaq Mərkəzi Klinikasının direktoru İvane Çxeidze, bunu Avropa ölkələrinin epidemik mənzərəsinə uyğun adlandırıb.

“Əsasən, qrip virusu ölkədə dövr edir. Bu virusların bölünməsini nəzərə alsaq, ən çox H3N2 növünə, Honq-Konq virusuna düşür ki, bu da ümumi virusun 33 faizini təşkil edir”. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu da gürcü həkim bildirib.

Covid-19 koronavirusu hələ ki, yoxa çıxmayıb, deyən İvane Çxeidzeyə görə, bu, infeksiyaların 9,8 faizini təşkil edir və bu baxımdan, koronavirusun mövsümi virusların sayına qoşulacağı gözlənilir.

Həkim qeyd Ümumdünya Səhiyyə Təşkilatının bu il Covid-19-un sonu olacağı ilə bağlı dediklərini “mif” sayaraq, koronavirusun mövcudluğunun sonu olmayacağını və insanların hələ də ona qarşı peyvənd olunmalı olacaqlarını deyib.

O, həmçinin virusların yaşa görə bölündüyünü də əlavə edib: qrip daha çox uşaqlara, koronavirus isə böyüklərə təsir edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə