Ukraynalılar ehtiyatlı olmalıdırlar, Roqozin cəbhəyə qayıdır

Ukraynalılar ehtiyatlı olmalıdırlar, Roqozin cəbhəyə qayıdır

Ukraynalılara xəbərdarlıq, ehtiyatlı olsunlar, belə ki, “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin yanvarın ortalarında yenidən Donbasa- cəbhəyə qayıtmaq niyyətindədir.

Qeyd edək ki, o, yaralandıqdan sonra xəstəxanadan buraxıldığını və bədənindən çıxarılan “Sezar haubitsasının mərmisinin” parçasını Fransa prezidentinə çatdırılması üçün Fransanın Rusiya Federasiyasındakı səfirinə göndərdiyini bildirib.

Bundan əlavə, Roqozin Donetskdə onun “Çar qurdları” dəstəsinin iki üzvünün öldürüldüyünü bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əməliyyatdan sonra xəstəxanadan buraxılan “Roskosmos”un keçmiş rəhbəri yanvarın ortalarında “Çar canavarları” hərbi məsləhətçilər qrupunun başında cəbhəyə qayıtmaq niyyətindədir.

Xatırladaq ki, dekabrda Donetskdəki “Şeş-Beş” mehmanxanasına hücum zamanı “Çar qurdları” dəstəsinin iki zabiti Mixail Bridasov və Vladimir Hüseynov həlak olublar. Roqozinin dediyinə görə, onun hərbi məsləhətçilərdən ibarət dəstəsinin daha dörd üzvü də ağır yaralanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə