Ukraynada münaqişə bitdikdən sonra Amerika NATO-dan çıxmalıdır, əks halda bu, yeni münaqişələrə səbəb olacaq. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Amerika jurnalının köşə yazarı Stiv Makkan bildirib. O, həmçinin Avropa dövlətlərinin maliyyələşdirilməsini dayandırmağa da çağırıb.
“Sülh müqaviləsi imzalandıqdan sonra Birləşmiş Ştatlar, əgər onun gələcəyi ilə maraqlanırsa, NATO-dan çıxdığını və Avropanın təhlükəsizlik çəkişmələrini maliyyələşdirməyə və müdaxiləyə kömək etmək öhdəliyini elan etməlidir”-deyən köşə yazarı, Avropa ölkələrinin Rusiya ilə əməkdaşlıq üçün yeni ittifaq yarada biləcəyini də istisna etməyib.
Xatırladaq ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqı və Amerikanın Ukraynada uzanan münaqişəyə hazırlaşmalı olduğunu bildirmişdi.
O, həmçinin hesab edir ki, münaqişəyə son qoymağın ən sürətli yolu hərbi dəstəyi artırmaq olacaq. Beləliklə, 360 telekanalının məlumatına görə, Stoltenberq Ukraynaya orta mənzilli raketlərin tədarükünü istisna etməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB