Ruslar "Azadlıq” radiosunun tacik xidmətinin videoyazısını bloklayıblar
Bu arada “Roskomnadzor” Rusiyada “Ukrayna qadın qvardiyası” ictimai təşkilatının saytını, həmçinin “Azadlıq” radiosunun tacik xidmətinin videoyazısını bloklayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Roskomsvoboda” layihəsi məlumat yayıb.
Qeyd edək ki, “Ukrayna qadın qvardiyası” qadınlara özünümüdafiə üsullarını öyrədən və müharibədən bəhs edən ictimai təşkilatdır.
Tacik xidmətinin isə “Tacikistan hökumətinin düşməni niyə Ukraynaya getdi” başlıqlı video bloklanıb.
Maraqlıdır ki, bütün videoların tacik dilində olmasına baxmayaraq, rusiyalı senzuralar nədənsə onu rusların diqqətindən yayındırmaq qərarına gəliblər.
Xatırladaq ki, dekabrın sonunda “Roskomnadzor” Ukraynadakı müharibə nəticəsində həyatı dəyişdirilmiş insanların hekayələrini dərc edən “Eyewitnesses” layihəsinin veb-saytını bloklamışdı. Amma layihənin baş redaktoru Viktor Muçnik, saytın bloklanmasına baxmayaraq, layihə materiallarının sosial şəbəkələrdə olacağını bildirmişdi.
Yeri gəlmişkən, martın 26-da “Roskomnadzor” Rusiyada “Radio Ozodi”nin rusdilli saytını bloklayıb. Eyni zamanda “Azadlıq” radiosunun Qazaxıstan və Türkmənistandakı xidmətlərinin saytları – “Radio Azattyk” və “Radio Azatlyk” bloklanıb. Bloklanmış resurslara nəzarət edən “Roskomsvoboda” reyestrindən məlum olduğu kimi, Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi ilə Azad Avropa/Azadlıq Radiosunun (Azadlıq Radiosu) üç rusdilli saytına giriş məhdudlaşdırılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB