Küveyt ilk peykini kosmoso çıxarıb

Küveyt ilk peykini kosmoso çıxarıb

Küveyt ilk peykini ABŞ-ın Florida ştatındakı platformadan orbitə çıxardığını açıqlayıb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ölkənin rəsmi xəbər agentliyi KUNA bu barədə məlumat yayıb. Bildirib ki, “Küveyt Sat-1” peyki Amerika kosmik gəmisi və raket istehsalçısı SpaceX-in Falcon 9 raketi ilə Floridadakı Cape Canaveral bazasından kosmosa buraxılıb.

Peyk kosmosa çatdıqdan sonra Küveyt Universitetinin Elmlər Fakültəsindəki stansiyaya məlumat və foto şəkillər ötürəcək.

Qeyd edək ki, “Kuveyt Sat-1” layihəsi Kuveyt universiteti tərəfindən “Kuveyt kosmosa gedir” şuarı ilə həyata keçirilmib.

Bütün xəbərlər Facebook səhifəmizdə