''ABŞ-la münasibətləri normallaşdırmağa hazırıq''

''ABŞ-la münasibətləri normallaşdırmağa hazırıq''

Venesuela prezidenti Nikolas Maduro ölkəsinə mənfi təsir edən sanksiyalara baxmayaraq Amerika Birləşmiş Ştatları ilə münasibətləri normallaşdırmağa hazır olduqlarını bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Nikolas Maduro bu barədə dövlət televiziyasına verdiyi müsahibədə bildirib.
“Venesuela ABŞ-ın hazırkı administrasiyası və gələcək administrasiyaları ilə diplomatik və siyasi əlaqələrin normallaşdırılması istiqamətində addımlar atmağa hazırdır”,-deyə Venesuela Prezidenti vurğulayıb.
ABŞ-ın keçmiş prezidenti Donald Trampı tənqid edən Nikolas Maduro Venesuelanı yürütdüyü siyasətlə vurulmağa çalışdığını bildirib.
Digər tərəfdən, Maduro Braziliyanın yeni prezidenti Luiz İnasio Lula da Silvanı yeni vəzifəsi münasibətilə təbrik edib.
Rəsmi ''Twitter'' səhifəsində paylaşım edən Nikolas Maduro deyib:
"Dostumuz Lula da Silvanı Braziliya prezidenti kimi vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edirəm. Yeni qurtuluş dalğası vətəni əhatə edir və Cənubi Amerikanın geosiyasi cəhətdən irəliləməsinə imkan verir".

Bütün xəbərlər Facebook səhifəmizdə