Somalilandda qarşıdurma, minlərlə adam evlərini tərk edib

Somalilandda qarşıdurma, minlərlə adam evlərini tərk edib

Birtərəfli qaydada müstəqilliyini elan edən Somaliland əyalətində bir həftədir davam edən və azı 20 nəfərin ölümünə səbəb olan etirazlar və qarşıdurmalardan sonra yüzlərlə insan evlərini tərk edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qarşıdurmaların yaşandığı Soolun mərkəzi Las Anodda bölgəsində yüzlərlə insan köç edib.
Evlərini tərk etmiş mülki şəxslərin təmiz suya və yeməyə ehtiyacı var.
Somalinin Sool bölgəsində naməlum şəxslər tərəfindən törədilən hücumlardan sonra bölgə əhalisi ötən həftə hökumətə öz etirazını bildirmək üçün küçələrə axışıb.
Təhlükəsizlik qüvvələri mülki şəxslərə atəş açıb və çox sayda insan həlak olub.
Somalinin Sool, Sanaaq və Ayn bölgələrinin sakinləri Somalilandın birtərəfli qaydada müstəqilliyini elan etməsinə qarşıdırlar.
Somaliland əyalətinin başçısı Musa Bihi Abdi müxalifətin bir həftəlik nümayişlərindən sonra bölgədən çəkilməyəcəklərini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə