Filippində ölənlərin sayı 52 nəfərə çatıb

Filippində ölənlərin sayı 52 nəfərə çatıb

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 52 nəfər ölüb, 18 nəfər isə itkin düşüb.
SİA xarici KİV-ə istinadla xəbər verir ki, daşqınlar ölkənin 10 rayonunda 640 mindən çox insana ziyan vurub.

Verilən məlumata görə, 67 min insan 170 təxliyə məntəqəsindədir. 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təbii fəlakətlə bağlı 479 hadisə, o cümlədən daşqınlar və sürüşmələr qeydə alınıb.

67 şəhər və 71 bələdiyyədə təhsil müəssisələrində dərslər, müəssisələrdə isə iş dayandırılıb. 22 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Qeyd edək ki, Filippin iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan ölkələrdən biridir. Arxipelaqda ildə orta hesabla 20 tropik fırtına meydana gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə