SEPAH-ın zabiti öldürülüb

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitinə qarşı sui-qəsd olunub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti Qasim Fətullah evinin qarşısında naməlum şəxs tərəfindən güllələnib.

Məlumatda bildirilir ki, 4 güllə yarası alan zabit xəstəxanada həyatını itirib.

Öldürülən Qasim Fətullahi SEPAH-ın Məhəmməd Rəsulullah briqadasının zabiti olub.

Faktla bağlı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə