Ruslan Xasbulatov vəfat edib

RSFSR Ali Sovetinin sonuncu sədri Ruslan Xasbulatov vəfat edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə onun yaxınları məlumat verib. Məlumata görə, 80 yaşlı Xasbulatov bu gecə Moskva vilayətindəki daçasında dünyasını dəyişib.

Qeyd edək ki, Xasbulatov 22 noyabr 1942-ci ildə Qroznı şəhərində anadan olmuşdu.

1978-ci ildən G. V. Plexanov adına Rusiya İqtisadiyyat Universitetində dərs deyib.

Yenidənqurma dövründə o, SSRİ Nazirlər Sovetinin Sosial İnkişaf Bürosunun elmi şurasının üzvü olub, icarə haqqında qanunun hazırlanmasında iştirak edib.

1990-cı il martın 4-də RSFSR xalq deputatı seçilib. 1990-cı il iyunun 5-dən 1991-ci il oktyabrın 29-dək RSFSR Ali Soveti sədrinin birinci müavini vəzifəsini tutub. 10 iyul 1991-ci ildən isə RSFSR Ali Sovetinin sədri olub.

Ruslan Xasbulatov 1994-cü ildən Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Dünya İqtisadiyyatı kafedrasının müdiri işləyirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə