İslamşünas alim Aleksey Malaşenko vəfat edib

İslamşünas alim Aleksey Malaşenko vəfat edib

Bu gün şərqşünas, islamşünas və politoloq Aleksey Malaşenko 72 yaşında vəfat edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə onun həmkarı, politoloq Arkadi Dubnov bildirib.

“Aleksey Malaşenko vəfat edib”, - Bu Dubnovun Telegram kanalında yazdığı xəbərdə deyilir.

Qeyd edək ki, Dubnov həmkarı Malaşenkonun parlaq alim, görkəmli İslam alimi, layiqli insan, sadəcə dost olduğuna da diqqət çəkib.

Xatırladaq ki, Malaşenko rus, ingilis, fransız və ərəb dillərində 18 kitabın müəllifi və redaktorudur. Onun “Mərkəzi Asiyada İslam”, “Cənub vaxtı” (Dmitri Trenin ilə birlikdə), “İslam alternativi və islamçı layihə”, “Rusiya üçün İslam”, “Mənim İslamım” və s. kitabları işıq üzü görüb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə