Əgər Rusiya yeni hücuma hazırlaşırsa, Ukrayna Silahlı Qüvvələri də daxil olmaqla, bundan heç kimin xəbəri olmayacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Qurulev deyib.
Belə ki, Dövlət Dumasının nümayəndəsi Azovun keçmiş komandiri (Rusiya Federasiyasında terrorçu və ekstremist kimi tanınan, qadağan olunan təşkilat-A.B.) Maksim Jorinin Rusiyanın Ukraynaya hücuma hazırlaşdığı barədə bəyanatını şərh edib.
Qurulevin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrini çətin günlər gözləyir.
“Qərb silahlarının tədarükünə baxmayaraq, onların potensialı azalır”. Andrey Qurulev deyib bunu.
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq Avropa və ABŞ-ı Ukraynada uzanan münaqişəyə hazırlaşmağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB