Blinken Lavrova mesaj göndərib

ABŞ dövlət katibi Entoni Blinken İsrailin xarici işlər naziri Eli Koendən Rusiyanın xarici işlər naziri Sergey Lavrova mesaj çatdırmasını istəyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Times of Israel” məlumat yayıb.

Xatırladaq ki, Blinken və Koen dünən, yanvarın 2-də telefon danışığı aparıblar. Söhbət zamanı ABŞ dövlət katibi İsrail xarici işlər nazirindən sonradan danışmaq niyyətində olduğu Lavrova “mesajları çatdırmağı” istəyib.

Maraqlıdır ki, Blinken mesajların mahiyyətini açıqlamayıb.

Amma məlumdur ki, Ukraynada Koenin əvvəlcə ölkənin xarici işlər naziri Dmitri Kulebaya zəng etməsini istəyiblər. İndi Kiyevin yaxın gələcək üçün İsrail xarici işlər naziri ilə danışmaqdan imtina etməsi şansı var.

Qeyd edək ki, yanvarın 2-də Blinkenlə danışıqlardan sonra Koen Lavrova da zəng edib. Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə ikitərəfli gündəliyin aktual məsələləri müzakirə edilib, ticarət-iqtisadi əməkdaşlıq potensialının gücləndirilməsinin vacibliyi vurğulanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə