Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Xüsusi Hərbi Əməliyyatda qoşunlarının silah, texnika və digər vasitələrlə təmin edilməsi ilə bağlı hesabat hazırlamağı tapşırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Kremlin saytında məlumat verilib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatda iştirak edən Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi hissələrinin və bölmələrinin silah, hərbi və xüsusi texnika, maddi vasitələr və ehtiyatlar, o cümlədən uniforma və avadanlıqlar, mobil kəşfiyyat texnikası, fərdi zireh mühafizəsi və kamuflyaj vasitələri, habelə Rusiya Müdafiə Nazirliyinin bu sahədə işinin təkmilləşdirilməsi üçün görülən tədbirlər haqqında hesabat təqdim etsin.
Qeyd edək ki, bunlar Şoyquya ünvanlanmış təlimatda deyilir.
Onu da qeyd edək ki, hesabat fevralın 1-nə qədər təqdim edilməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB