Zelenski və Sunak Ukraynadakı mövcud vəziyyəti müzakirə ediblər

Zelenski və Sunak Ukraynadakı mövcud vəziyyəti müzakirə ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Danışıq zamanı siyasətçilər müdafiə sahəsində gələcək əməkdaşlığı müzakirə edib, həmçinin bu il qələbəni yaxınlaşdırmaq üçün səyləri gücləndirmək barədə razılığa gəliblər. Artıq bunun üçün konkret həll yollarının olduğu bildirilir.

Xatırladaq ki, sonuncu birgə söhbət zamanı Volodimir Zelenski və Rişi Sunak Ukraynanın sülh formulunu müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə