Meksikadakı həbsxanada qarşıdurma

Meksikadakı həbsxanada qarşıdurma

Dünən Meksikada həbsxanada baş verən qiyam və qarşıdurma zamanı ölənlərin sayının 19-a yüksəldiyi bildirilib.

SİA xəbər verir ki, yerli mətbuat orqanlarının yaydığı məlumata əsasən, Çihuahua ştatındakı Xuarez həbsxanasının 3 saylı Dövlət Sosial Reinteqrasiya Mərkəzində baş verən qiyam zamanı ölənlərin sayı artır.

Çihuahua Ştatı Prokurorluğundan verilən açıqlamada 10 mühafizəçi və 9 məhbusun həyatını itirdiyi, 27 məhbusun isə qaçdığı bildirilib.

Təhlükəsizlik qüvvələri ilə qaçmaq istəyən məhbuslar arasında baş verən qarşıdurmada 3-ü mühafizəçi olmaqla 13 nəfərin yaralandığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə