Nigeriyada 63 mülki vәtәndaş girov götürülüb

Nigeriyada 63 mülki vәtәndaş girov götürülüb

Nigeriyanın Niger əyalətində naməlum silahlı şəxslər 63 mülki vətəndaşı girov götürüb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, yerli mətbuat orqanların yaydığı məlumata görə, silahlı şəxslər Nigerin üç kəndinə basqın etdikləri bilirilir.
Basqında Durmin kəndindən 41, Carmiyadan 14 və Pandoqaridən 8 olmaqla ümumilikdə 63 mülki vətəndaş girov götürülüb.
Şahidlər hücuma məruz qalan kəndlərin ordu qərargahından təxminən 10 kilometr aralıda olduğunu bildiriblər.
Son illərdə Nigeriyada dinc vətəndaşlara vaxtaşırı hücumlar edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə