Burkina Fasonun şimal-qərbindəki Kasko əyalətində Yeni il gecəsi törədilən terror aktında həyatını itirən 28 mülki vətəndaşın cəsədi tapılıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Hökumət sözçüsü Jan Emmanuel Ouedraoqo Kossi əyalətinin paytaxtı Nouna şəhərinin 4-cü və 6-cı rayonlarının terrorçuların hücumuna məruz qaldığını xatırladıb.
Hücumdan sonra 28 mülki şəxsin cəsədinin tapıldığını qeyd edən Ouedraoqo hadisənin aydınlaşdırılması və bütün məsuliyyət daşıyanların müəyyən edilməsi üçün araşdırmalara başlanıldığını bildirib.
Malidəki Əl-Qaidə və DEAŞ-a tabe olan terror qruplaşmalar 2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində vaxtaşırı hücumlar törədir.
Hökumətin məlumatlarına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına qədər otörədilən hücumlarda 2000 nəfər həlak olub, onlardan 600-ü təhlükəsizlik qüvvələridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB