Dünya aclıq, siyasi destabilizasiya və nəzarətsiz miqrasiya ilə üzləşəcək?
2023-cü ildə bəşəriyyətin üzləşdiyi kəskin ərzaq böhranı qlobal fəlakətə çevrilə bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “PhosAgro” mineral gübrə istehsalçısının keçmiş rəhbəri Andrey Quryev bildirib.
Beləliklə, qeyd olunur ki, əgər 2022-ci ilin iyulunda BMT ərzaq böhranının aradan qaldırılması ilə bağlı tədbirlər görməsə, bu halda dünya kütləvi aclıq, siyasi destabilizasiya və nəzarətsiz miqrasiya ilə üzləşəcək.
Quryev, 2020-2021-ci illərdə Rusiyaya qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər səbəbindən planetdə mineral gübrə bazarında böhranın qeydə alındığını bildirib.
Rusiyalı sahibkar Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının beynəlxalq platformalarda destruktiv sanksiyalar siyasətinin davam etdirməsinin son nəticədə bütün dünyada aclığın artmasına gətirib çıxaracağının xəbərdarlığını edib.
Maraqlıdır ki, Quryev böhranın ən mühüm amili kimi kənd təsərrüfatı məhsuldarlığının artırılmasında əsas rol oynayan qlobal gübrə bazarındakı fasiləni göstərib.
Xatırladaq ki, 2021-ci ildə qlobal ticarətin təxminən dörddə birini təşkil edən Rusiya və Belarusdan tədarük zəncirləri kəsilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB