Çin Rusiya ilə bütün səviyyələrdə mübadilələri gücləndirmək niyyətindədir
2023-cü ildə Çin və Rusiya bütün səviyyələrdə mübadilələri gücləndirəcəklər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.
“Yeni ildə hər iki tərəf ikitərəfli münasibətlərin davamlı inkişafına kömək etmək üçün bütün səviyyələrdə mübadilələri gücləndirəcək”.
Qeyd edək ki, rus saytları bunu Çin rəsmisinin sözlərindən sitat gətiriblər.
Mao Ning, Pekin və Moskvanın qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan münasibətlər qurmağa sadiq olan hərtərəfli strateji tərəfdaşlar olduğunu qeyd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB