Türkiyə Rusiyaya qarşı birtərəfli sanksiyalara qoşulmaq niyyətində deyil.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.
O, Türkiyənin bunu etmədiyini, o cümlədən Ukraynadakı vəziyyətin nizamlanması üçün səylərini davam etdirmək niyyətində olduğunu vurğulayıb.
“Türkiyə Rusiya və Ukrayna ilə dialoqu ən yüksək səviyyədə saxlayır və hər iki ölkə buna etimad göstərir. Biz apardığımız siyasət sayəsində əvvəlcə danışıqlar prosesində, daha sonra taxıl dəhlizi məsələsində və əsirlərin mübadiləsində konkret nəticələr əldə etdik”.
Qeyd edək ki, rus saytları bunu Kalinadan sitat gətirib.
Türkiyə liderinin rəsmi nümayəndəsi həmçinin, Ankaranın öz milli maraqlarından çıxış edərək Moskva ilə qarşılıqlı əlaqə və dialoqu inkişaf etdirdiyini də qeyd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB