Yunanıstanın mühacirləri Türkiyə sularına itələnmə anı

Yunanıstanın mühacirləri Türkiyə sularına itələnmə anı

Egey dənizində Yunanıstana məxsus sahil mühafizə gəmisinin qanunsuz mühacirləri Türkiyənin sahil sularına itələmə anı pilotsuz uçuş aparatı (PUA) tərəfindən müəyyən edilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında yer alan paylaşıma görə, bir qrup qeyri-qanuni mühacir 29 dekabrda Egey dənizində Çeşmə rayonunun cənub-qərbində Yunanıstana məxsus sahil mühafizə gəmisi tərəfindən Türkiye sahillərindən 3,62 mil məsafədə Türkiyə ərazi sularına itələnib.

Hərbi Dəniz Qüvvələrinə aid PUA tərəfindən aşkarlanan bu hadisə dərhal Sahil Mühafizə Komandanlığına bildirilərək, qanunsuz mühacirlər xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə