Türkiyə 2022-ci ildə 124 min 441 qeyri-qanuni qaçqını deportasiya edib

Türkiyə 2022-ci ildə 124 min 441 qeyri-qanuni qaçqını deportasiya edib

Türkiyə ötən il 124 min 441 qeyri-qanuni qaçqını deportasiya edib.
SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə İdarəsinin rəsmi internet səhifəsində verilən məlumatda bildirilib.
Məlumatda vurğulanıb ki, ötən il 280 min 206 qeyri-qanuni qaçqının ölkəyə girişinin qarşısı alınıb. Saxlanılan qaçqınların sayı 236 min 572-yə, deportasiya edilən qeyri-qanuni qaçqınların sayı isə 124 min 441 nəfərə çatıb.
Deportasiya edilən qeyri-qanuni qaçqınların sayı 2021-ci il ilə müqayisədə 161 faiz artıb.
Məlumata əsasən, miqrasiya mərkəzlərinin sayı 30-a, tutumları isə 20 min 540-a çatdırılıb.
Hazırda Türkiyədə 3 milyon 535 min 898 suriyalı yaşayır. Keçən il 58 min 758 suriyalı, indiyə qədər isə 539 min 332 suriyalı könüllü olaraq Suriyadakı təhlükəsiz bölgələrə qayıdıb.
Ötən il Sosial Uyğunluq və Həyat Təlimləri (SUYE) çərçivəsində 1 milyon 395 min 55, bu günədək isə 1 milyon 549 min 680 nəfər təhsil alıb.
Qeyd edək ki,məlumatlandırma mərkəzləri 1 milyon 164 min 362 nəfərə xidmət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə